
Almaniya, Polşa və Fransa liderlərinin ABŞ tərəfindən təmin edilən müdafiə zəmanətlərindən savayı nüvə çətirinin genişləndirilməsinin zəruriliyinə dair bəyanatları ilə əlaqədar NATO-nun baş katibi Mark Rutte Vaşinqtonun öhdəliklərinin dəyişməzliyinə əminliyini ifadə edib.
Bu barədə “İnterfaks” məlumat yayıb.
"ABŞ dövlət katibi Marko Rubio bu həftə Prezident Donald Trampın televiziyada dediyini təkrarlayıb: ABŞ NATO-ya, blokun nizamnaməsinin 5-ci maddəsinə tam sadiqdir", - M.Rutte qeyd edib.
O bildirib ki, bu, ABŞ-nin nüvə çəkindirməsi vasitəsilə NATO ərazisinin, o cümlədən təşkilatın Avropa hissəsinin əsas zəmanətçisi olduğunu özündə ehtiva edir.
"Avropalı həmkarlarımı televizoru açmağa və NATO ilə bağlı müzakirələr aparılanda ABŞ rəhbərliyinin fikirlərini dinləməyə çağırıram", - M.Rutte vurğulayıb.
.