NATO-ya üzv ölkələrin liderləri Vaşinqtonda keçirilən sammitdə 2025-ci ildə Ukraynaya 40 milyard avroluq hərbi yardım göstərmək barədə razılığa gəliblər.
Bu barədə dövlət və hökumət başçılarının görüşünün yekun bəyannaməsində deyilir.
Orada qeyd olunub ki, NATO ölkələri bu gün Rusiyanı məğlub etməyə və gələcəkdə onu cilovlaya bilən qüvvə yaratmaqda Ukraynaya dəstək vermək əzmində olduqlarını bir daha təsdiqləyirlər.
“Bu məqsədlə biz gələn il ərzində minimum 40 milyard avroluq əsas maliyyələşdirməni çatdırmaq, eləcə də Ukraynanın ehtiyacları, müvafiq milli büdcə prosedurlarımızı və ikitərəfli təhlükəsizlik tədbirləri və müttəfiqlərin Ukrayna ilə bağladığı müqavilələri nəzərə alaraq Ukraynanın qalib gəlməsi üçün davamlı təhlükəsizlik səviyyəsini təmin etmək niyyətindəyik”, – sənəddə qeyd olunub.
Sənəddə vurğulanıb ki, NATO ölkələri Ukraynaya təsdiq edilmiş hərbi yardımın göstərilməsi prosesi haqqında ildə iki dəfə hesabat verəcəklər.
.