NATO futbol üzrə dünya çempionatının təhlükəsizliyi ilə bağlı Qətərə dəstək verəcək.
Bu barədə NATO-nun saytında məlumat verilib.
Dəstəyə Slovakiya və NATO-nun Çexiyadakı Birgə KBRN Müdafiə Mərkəzi tərəfindən təşkil olunacaq Kimyəvi, Bioloji, Radioloji və Nüvə (KBRN) materiallarının yaratdığı təhlükələrə qarşı təlim daxildir.
Eyni zamanda, Rumıniya çempionatlarda iştirak edəcək çox mühüm şəxslərin (VİP) müdafiəsi və əldəqayırma partlayıcı qurğuların yaratdığı təhlükələrə qarşı mübarizə üzrə təlimlər təşkil edəcək.
Bildirilib ki, artıq bu ilin mayında Slovakiyada kimyəvi, bioloji, radioloji və nüvə təhlükələri ilə bağlı ilk təlim sessiyası keçirilib.
Qeyd edək ki, dünya çempionatı noyabrın 21-dən dekabrın 18-dək Qətərdə keçiriləcək.
.