NATO Baş katibinin Cənubi Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Xavyer Kolomina Azərbaycana səfər edəcək.

NATO rəsmisi aprelin 28-29-da Azərbaycanda səfərdə olacaq.

NATO Baş katibinin xüsusi nümayəndəsi Bakıda bir sıra görüşlər keçirəcək.

Qeyd edək ki, bundan əvvəl Xavyer Kolomina Ermənistan və Gürcüstana səfər edib.

.