"NATO qanunun aliliyi mövqeyindən çıxış edən alyansdır. Biz ölkələrin ərazi bütövlüyü məsələsi üzrə BMT-nin Nizamnaməsi və ATƏT-in Helsinki yekun aktını vacib hesab edirik".
Bunu jurnalistlərə Bakıda səfərdə olan NATO Baş katibinin müavini Rouz Hotemüller deyib.
"Biz həmçinin bütün münaqişələrin sülh yolu ilə həllinin tərəfdarıyıq. Biz Minsk qrupu həmsədrlərinin Azərbaycan və Ermənistanın Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətindəsülh yollarının axtarışı üzrə səylərini dəstəkləyirik", - o bildirib.
"NATO terrorizmlə mübarizədə Azərbaycanın rolunu yüksək dəyərləndirir".
Bunu da jurnalistlərə NATO Baş katibinin müavini Rouz Qottemüller deyib.
"Azərbaycanın Əfqanıstandakı mövcudluğunu artıraraq oradakı sülhməramlı missiyanı dəstəklədiyinə görə çox şadıq. Azərbaycan həmçinin Əfqanıstana malların təchizatının diversifikasiyası məsələsində çox əhəmiyyətli nəqliyyat rolu oynayır. Beləliklə, Azərbaycan fəal şəkildə terrorizmə qarşı mübarizədə NATO-nun səylərini dəstəkləyir", - alyansın nümayəndəsi vurğulayıb.
R.Qottemüller eyni zamanda regionun ən mühüm oyunçusu kimi Azərbaycanla əməkdaşlığın əhəmiyyətini qeyd edib: "Bir çox layihələr üzərində işləyirik və bu layihələr Azərbaycanın maraqlarına xidmət edir".
