NATO Baş katibinin xarici işlər və təhlükəsizlik siyasəti üzrə köməkçisinin müavini və Baş katibin Cənubi Qafqaz və Mərkəzi Asiya ölkələri üzrə yeni xüsusi nümayəndəsi təyin olunub.
Bu posta ispaniyalı diplomat Havyer Kolomina təyinat alıb.

İspaniyanın NATO-dakı nümayəndəliyi H. Kolominanın artıq vəzifəsinin icrasına başladığı barədə məlumat yayıb.

Qeyd edək ki, daha əvvəl bu postda Ceyms Appaturay çalışırdı.

.