Qrenlandiya əlavə ABŞ hərbçilərinin yerləşdirilməsinə tamamilə açıqdır.
Bunu NATO Baş katibi Mark Rutte CNN-ə müsahibəsində deyib.
Onun sözlərinə görə, NATO çərçivəsində şimal bölgələrində vəziyyətə dair vahid anlayış mövcuddur və ABŞ-ın iştirakı tam əsaslandırılıb. O vurğulayıb ki, hərbi mövcudluq məsələsi prinsipial fikir ayrılığı yaratmır.
“Tam əminəm ki, NATO və şimaldakı vəziyyətin qiymətləndirilməsi məsələsində hamımız eyni mövqedəyik. ABŞ-ın iştirakı əsaslıdır. Bir daha qeyd edirəm ki, xüsusi olaraq Qrenlandiyaya gəldikdə, əlavə ABŞ hərbçilərinin yerləşdirilməsi məsələsi müzakirəyə tam açıqdır. Burada heç bir problem yoxdur. Müvafiq razılaşmalar mövcuddur”, — Mark Rutte bildirib.
.
