"Qəzzada baş verənlər humanitar fəlakətdir".

Bunu NATO Baş katibi Yens Stoltenberq Alyansın XİN rəhbərlərinin Brüsseldə keçirilən iclasının ilk gününün yekununa dair mətbuat konfransında deyib.

O bildirib ki, Qəzzada mülki insanlar əzab çəkir, çətinliklərlə üzləşir: "Bu müharibənin Qəzzadakı mülki insanlar üçün ağır nəticələri var".

Baş katib, həmçinin humanitar təşkilatların işçilərinin də Qəzzada həyati təhlükələrlə üzləşdiyini qeyd edib.

Baş katib Stoltenberq deyib ki, NATO Yaxın Şərqdəki bu münaqişədə birbaşa rol oynamır, lakin NATO müttəfiqləri Böyük Britaniyanın, ABŞ-nin yardımını və atəşkəs çağırışlarını qiymətləndirir.

.