“Qara dənizin təhlükəsizliyi bizim üçün prioritetdir”.

Bunu NATO Baş katibi Yens Stoltenberq Gürcüstanın Baş naziri İrakli Qaribaşvili ilə Brüsseldə keçirdiyi birgə mətbuat konfransında deyib.

O, alyansın Rusiya qoşunlarının regiondakı mövcudluğundan narahat olduğunu qeyd edib və Rusiyanı qoşunlarını geri çəkməyə çağırıb.

“Rusiya Krımdan Qara dənizdə mövcudluğunu artırmaq məqsədi ilə istifadə edir. Biz də Qara dənizdə mövcudluğumuzu artırmağa çalışırıq. NATO Gürcüstanın beynəlxalq səviyyədə tanınmış ərazi bütövlüyünü və suverenliyini dəstəkləyir və birgə işləməyə davam edirik. Biz Rusiyanı Cənubi Osetiya və Abxaziyadan qoşunlarını çıxarmağa çağırırıq”, - deyə Baş katib bildirib.

.