İqlim dəyişikliyi qlobal böhrandır.

Bu barədə NATO Baş katibi Yens Stoltenberq Bakıda Azərbaycan Prezidenti İlham Əliyevlə təkbətək görüşdən sonra mətbuata bəyanatında bildirib.

"Biz iqlim dəyişikliyinin təsirlərini dünyanın hər yerində, o cümlədən Azərbaycanda görürük. Təbii ki, dünyanın enerjiyə ehtiyacı var, amma biz həmçinin qlobal istiləşməyə qarşı mübarizə aparmalıyıq.

Azərbaycan yalnız qaz ixrac etmir, eyni zamanda, biz alternativ enerjiyə investisiyanı görürük".

Baş katib əlavə edib ki, Azərbaycanın günəş və külək enerjisi potensialı var və Azərbaycan bunu Avropa bazarına çıxartmağa çalışır: "Beləliklə, COP-29 dönüş nöqtəsi olacaq. Bu, iqlim dəyişikliyindən narahat olan hər kəs üçün, eyni zamanda, təhlükəsizlik üçün vacibdir".

Stoltenberq Azərbaycanın bəzi NATO müttəfiqləri ilə enerji əlaqələrini inkişaf etdirməsini alqışlayır

Azərbaycana səfər etməkdən məmnunluq duyuram.

Bunu NATO Baş katibi Yens Stoltenberq Bakıda Azərbaycan Prezidenti İlham Əliyevlə təkbətək görüşdən sonra mətbuata bəyanatında bildirib.

O, 1990-cı illərdə Norveçin enerji naziri kimi Bakıya bir neçə dəfə səfər etdiyini xatırladıb.

Baş katib deyib ki, Azərbaycan enerji təhlükəsizliyini gücləndirib:

"Mən həmçinin burada enerji təhlükəsizliyini müzakirə etməyə şadam, çünki enerji bizim təhlükəsizliyimiz üçün əhəmiyyət kəsb edir. Mən Azərbaycanın bəzi NATO müttəfiqləri ilə yaxın enerji əlaqələrini inkişaf etdirməsini alqışlayıram".

NATO Baş katibi: Azərbaycan sülhməramlıları Əfqanıstanda çox vacib missiyanı yerinə yetirdi

Azərbaycan NATO-nun uzunmüddətli tərəfdaşıdır və biz uzun illərdir müxtəlif sahələrdə əməkdaşlıq edirik.

Bu barədə NATO Baş katibi Yens Stoltenberq Bakıda Azərbaycan Prezidenti İlham Əliyevlə təkbətək görüşdən sonra mətbuata bəyanatında bildirib.

Stoltenberq Azərbaycanın NATO-nun Kosovadakı missiyasına verdiyi töhfəni qiymətləndirdiklərini diqqətə çatdırıb.

"Biz eyni zamanda, sizin Əfqanıstandakı missiyamızda təmsil olunmağınızı və verdiyiniz töhfəni təqdir edirik.

Azərbaycan Əfqanıstandakı missiyamızı tərk edən ən sonuncu ölkələrdən biri idi. Azərbaycan qüvvələri çox vacib missiyanı yerinə yetirdi, onlar Əfqanıstandakı hava limanının qorunmasına məsul idi".

Stoltenberq vurğulayıb ki, hava limanının qorunması çox vacib vəzifə idi.

"Bu onun göstəricisidir ki, bizim aramızda siyasi dialoqla yanaşı, praktiki əməkdaşlıq mövcuddur", - deyə Staoltenberq bildirib.

.