“Azərbaycanda media menecment qocalıb, onun müasir çağırışlara cavab verməyə taqəti çatmır”,- bu fikirləri MEDİA Agentliyinin şöbə müdrir Natiq Məmmədli AzTV-nin “Çıxışa doğru” proqramında medianın reklam bazarından danışarkən bildirib.
“Agentlik keçən il media subyektlərinin iqtisadi müstəqilliyinin gücləndirilməsi ilə bağlı baş redaktorlar və ekspertlər arasında keçirdiyi sorğunun nəticələrini ümumiləşdirərək müvafiq qurumlara təqdim etdi. Hökümətin iqtisadi bloku medianın təkliflərini adekvat qarşıladı və bu istiqamətdə konsepsiyalar hazırlanıb, konkret addımlar atılmaqdadır”.
Şöbə müdiri bildirib ki, media daha çox reklam əldə etmək yarışında öz simasını itirməməli və hər hansı sponsor dəstəyi medianın peşəkar fəaliyyətini yerinə yetirməsinə mane olmamalıdır.
“Dövlət media sahəsində fəaliyyətini stimullaşdıran addımlar atır, amma bu bir komunikativ prosesdir. İctimai maraqlardan çıxış etməklə daha çox reklam əldə etməyin innovativ yolları barədə bizim media menecerləri özləri düşünməlidirlər. Görünən odur ki, Azərbaycanda media menecment qocalıb, onun müasir çağırışlara cavab verməyə taqəti çatmır”,- deyə Natiq Məmmədli bildirib.
“Reklam yalnız bir məhsulun tanıdılması kimi başa düşülməməlidir, burada məsələnin sosial tərəfləri var. Hacı Zeynalabdin Tağıyev 1897-ci ildə 57 min rubl verib “Kaspi” qəzetini alanda məgər ondan gəlir əldə etmək istəyirdi? Bizim milli burjuaziya Rəsulzadənin, Ağaoğlunun, Əli bəy Hüseynzadənin “Tərəqqi”, “İrşad”, “Həyat” qəzetlərinə gəlir gəldə etmək üçün pul ayırırdı? Onların məqsədi pul qazanmaq idi? Milli mətbuata dəstək milli maraqlarımıza olan dəstəkdir. Məsələyə bu aspektədn yanaşmaq lazımdır”.
.