
Şəxsi həyatını mətbuatdan gizlətməyə çalışan, Dado (Səid Əliyev) ilə gah ayrılıb, gah barışan Natavan Həbibi həyat yoldaşı ilə əl-ələ foto çəkdirib.
Sözügedən fotonu reper Elşad Xose instaqramda paylaşıb. Fotoda yer alan məşhur cütlüyün səmimi və xoşbəxt pozası diqqət çəkib.
Xatırladaq ki, müğənni N.Həbibi toydan 5 ay sonra S.Əliyevdən ayrıldığını açıqlamışdı. Hətta Natavan ayrı evlərdə yaşadıqlarını bildirmişdi.