Keçən il narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar başlanmış cinayət işlərinin istintaqı nəticəsində 6512 nəfər cinayət məsuliyyətinə cəlb edilib.

Bu, bu gün Baş nazirin müavini, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının sədri Əli Əhmədovun sədrliyi ilə ötən il ərzində aidiyyəti nazirlik, komitə və digər təşkilatlar tərəfindən görülmüş işlərin müzakirəsi üzrə Komissiyanın videokonfrans formatında növbəti iclasında açıqlanıb.

Əli Əhmədov qeyd edib ki, cinayət məsuliyyətinə cəlb edilmiş şəxslərdən 70 nəfər xarici ölkə vətəndaşıdır.

.