Sumqayıtda keçmiş məhkum narkotiklə tutulub.

Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Sumqayıt Şəhər Polis İdarəsi 1-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə Corat qəsəbə sakini, əvvəllər məhkum olunmuş Süleyman Süleymanlı saxlanılıb. Ondan heroin aşkar olunaraq götürülüb.

Araşdırmalarla onun müxtəlif vaxtlarda şəhər ərazisində 3 evdən 3900 manat dəyərində noutbuk, məişət əşyaları və təmir alətləri oğurlaması da müəyyən olunub.

.