
Narkotik vasitənin təsiri altında avtomobili idarə edən sürücü saxlanılıb
Yenizaman Daxili İşlər Nazirliyinə istinadən xəbər verir ki, polis əməkdaşlarının həyata keçirdikləri əməliyyat zamanı narkotik maddələrin qanunsuz dövriyyəsində şübhəli bilinən, əvvəllər məhkum olunmuş 36 yaşlı Q.Nəcəfov saxlanılıb.
Onun idarə etdiyi “Hyundai” markalı avtomobilə baxış zamanı marixuana aşkar olunaraq götürülüb. Sürücünün avtomobili narkotik vasitənin təsiri altında idarə etdiyi də müəyyən edilib.
Faktla bağlı araşdırma aparılır
.