Qusar Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı əməliyyat keçirilib.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan verilən məlumata görə, həyata keçirilən tədbirlər nəticəsində narkotik vasitələri əldə etməkdə, saxlamaqda, daşımaqda və satmaqda şübhəli bilinən Xaçmaz rayon sakini Talıbov Murad və Qusar rayon sakini Asvarov Omar saxlanılıblar.
Həmin şəxslərin üzərinə keçirilən baxış zamanı narkotik vasitə olan heroin aşkar olunaraq götürülüb.
Faktlarla bağlı Qusar RPŞ-də cinayət işi başlanılıb, məhkəmənin qərarı ilə hər iki şəxsin barəsində həbs qətimkan tədbiri seçilib.
.