“Sosial şəbəkələrdə Kliniki Tibbi Mərkəzin (Videoda "Semaşko" qeyd edilib) həyətində narkomanların peyda olması ilə bağlı videogörüntülər yayılıb.

Məsələnin bu cür ictimailəşdirilməsi bizi yalnız sevindirə bilər və dəstəkləyirik!”

Bu barədə Kliniki Tibbi Mərkəzdən daxil olan məlumatda bildirilir.

Qeyd edilir ki, bu məsələ həqiqətən də baş verir və bu bizi çox narahat edir. Çünki onların sayı günbəgün artır:

“Baş verənlərlə bağlı aidiyyatı üzrə müraciətlər etmişik. Yəqin ki, qısa zamanda bununla bağlı ciddi tədbirlər görülər.

Baş verənlər Mərkəzin heyətini, pasiyentləri və bir sözlə hər kəsi narahat edir”.

.