Respublika Narkoloji Mərkəzində baş verən yanğında zəhərlənən 3 nəfər 1 saylı Kliniki Tibbi Mərkəzin Toksikologiya Şöbəsinə gətirilib.

"Report”un məlumatına görə, yaralılardan biri isə 3 saylı Kliniki Xəstəxanaya yerləşdirilib.

Hadisə zamanı ölənlərin sayı və kimliyi isə hələlik dəqiqləşməyib.

FHN-in yaydığı məlumata görə, Respublika Narkoloji Mərkəzində yanğın söndürülüb. Əlavə məlumat veriləcək.
.