Bakıda Respublika Narkoloji Dispanserdə bıçaqlanma olub.

Sabunçu rayonu, Maştağa qəsəbəsində yerləşən Respublika Narkoloji Dispanserin mətbəx otağında nahar edərkən, məhkəmə qərarları əsasında məcburi müalicə alan 21.03.1986-cı il təvəllüdlü Əzizov Seymur Bəxtiyar oğlu, heç bir əsaslı səbəb olmadan 15.12.1979-cu il təvəllüdlü Məhərrəmov Əziz Fərzulla oğluna arxa tərəfdən yaxınlaşaraq qəflətən qarın nahiyəsindən daxilə nüfuz edən 1 ədəd, daha sonra qol və ayaq nahiyələrindən bıçaq xəsarəti yetirib.

Faktla bağlı Sabunçu RPİ-nin İŞ-də Azərbaycan Respublikası CM-nin 126.1-ci maddəsi ilə cinayət işi başlanaraq istintaq aparılır.

.