Bu gün Nardaranda baş vermiş silahlı insident nəticəsində dörd polis əməkdaşının həlak olduğu bildirilir.
APA-nın məlumatına görə, polisə müqavimət göstərən radikal qrupun Abbas adlı bir üzvü də öldürülüb.
Radikal qrupun üzvləri polisə qumbara atıb, sonra isə atəşə tutublar.
Atışma zamanı daha bir neçə nəfər yaralanıb.
Onların arasında polis əməkdaşları da var.
***
Bu gün Nardaranda baş vermiş silahlı insident nəticəsində iki polis əməkdaşının həlak olduğu bildirilir.
APA-nın məlumatına görə, polisə müqavimət göstərən radikal qrupun Abbas adlı bir üzvü də öldürülüb.
Atışma zamanı daha bir neçə nəfər isə yaralanıb.
Onların arasında polis əməkdaşları da var.
***
Azərbaycanın hüquq-mühafizə orqanları Bakının Nardaran qəsəbəsində əməliyyat keçirib.
Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən "Report"a fakt təsdiqlənib.
Mətbuat xidmətindən bildirilib ki, əməliyyatla bağlı ictimaiyyətə məlumat veriləcək.
Qeyd edək ki, bəzi saytlar da polisin Naradaranda əməliyyat keçirməsi ilə bağlı məlumat yayılıb. Məlumata görə, əməliyyat zamanı iki nəfər ölüb, bir neçə nəfər yaralanıb.
.
