
"Aqrolizinq” ASC "Solo Trade Corporation LTD” şirkəti ilə 92 min ton mineral gübrə almaq barədə saziş imzalayıb.
60 min ton azot gübrəsinin alınma qiyməti 23 mln 514 min 876 manatdır, deyə Satınalmalar üzrə Dövlət Agentliyi məlumat verir.
"Aqrolizinq” ASC-dən "Turan"a bildiriblər ki, ilkin olaraq 92 min ton müxtəlif gübrələr almaq planlaşdırılırdı. Amma dövlət büdcəsindən maliyyələşmə gecikdiyi üçün tender iki hissəyə bölündü. İkinci hissə üzrə (başqa mineral gübrələr) SDA-nın icaazəsi ilə həmin şirkətlə $17 mln 535,5 min məbləğində müqavilə bağlanılıb.
"Solo Trade Corporation LTD” ofşor şirkətidir və haqqında informasiya bazası yoxdur.
Hökumət fermerlərə verilən mineral gübrələrin qiymətinin 70%-i dövlət büdcəsindən ödəyir. Bir neçə özəl şirkətin xətti ilə də gübrə alınır.
Gömrük Komitəsinin məlumatına görə, 2014-cü ildə Azərbaycana $75 mln qiymətində 153,6 min ton müxtlif gübrələr gətirilib.
.