Məhkəmənin hökmü ilə Nail Allahverdiyev 6 il müddətinə azadlıqdan məhrum edilib.
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində baş nazirin müavini Əli Həsənovun Bakıda "Gelandawagen” markalı avtomobil ilə ölümlə nəticələnən yol qəzası törətmiş nəvəsi Nail Allahverdiyevin cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.
Prosesə hakim Əhməd Quliyev sədrlik edib. Prosesdə dövlət ittihamçısı Ramin Nağəliyev çıxış edərək N.Allahverdiyevə 7 il azadlıqdan məhrum edilməsini istəyib.
Dövlət ittihamçısı N.Allahverdiyevə Cinayət Məcəlləsinin 264-cü (yol nəqliyyat hadisəsi yerindən qaçma) maddəsi ilə bəraət verilməsini istəyib.
N.Allahverdiyev iki və daha çox şəxsin ölümü ilə nəticələnən yol qəzası törətməkdə və hadisə yerindən qaçmaqda ittiham edilir.
Məhkəmənin hökmü ilə Nail Allahverdiyev 6 il müddətinə azadlıqdan məhrum edilib.
