Naftalan şəhər İcra Hakimiyyətinin başçısı Rövşən İbrahimovun ölümü ilə bağlı cinayət işi başlanıb.

Yasamal rayon Prokurorluğundan verilən məlumata görə, faktla bağlı Cinayət Məcəlləsinin 314.2-ci (Səhlənkarlıq) maddəsi ilə iş başlanıb, iş üzrə müvafiq ekspertizalar təyin olunub və zəruri istintaq tədbirləri davam etdirilir.

Qeyd edək ki, Rövşən İbrahimov fevralın 24-də gecə saatlarında Bakının Yasamal rayonu ərazisində yerləşən mənzilində dünyasını dəyişib. Onun dəm qazından zəhərlənərək öldüyü ehtimal edilir.
.