Nabranda dənizdə batan şəxslərin kimliyi müəyyənləşdirilib.
Dənizdə batan şəxslər Xaçmaz rayonun Palçıqoba kənd sakinləri - 1970-ci il təvəllüdlü Kamilə Qocayeva, onun qızı, 24 yaşlı Aysel, Qadaşova Ruhiyyə Eyvaz qızı və onun oğlu, 2002-ci il təvəllüdlü Qadaşov İkram Məmmədyar oğludur.
Onların meyitlər Fövqəladə Hallar Nazirliyinin əməkdaşları tərəfindən sudan çıxarılaraq aidiyyatı üzrə təhvil verilib.
****
Azərbaycanda bir ailənin 4 üzvü dənizdə boğulub.
APA-nın şimal bürosunun verdiyi məlumata görə, hadisə Xaçmaz rayonu, Nabran qəsəbəsi ərazisində qeydə alınıb.
Fövqəladə Hallar Nazirliyinin əməkdaşları tərəfindən suda batan ailə üzvlərinin meyitləri tapılaraq sudan çıxarılıb.
