Myanmanın şimalındakı bölgəyə həyata keçirilən hava hücumları nəticəsində 100-ə yaxın insan həlak olub.
Bu barədə “Associated Press“ agentliyi məlumat yayıb.
Zərbələr Myanma hakimiyyətinin əleyhdarları tərəfindən təşkil edilən mərasimin iştirakçılarına endirilib. Ölənlərin çoxunun uşaq olduğu bildirilir.
İlk olaraq 50-yə yaxın insanın öldüyü bildirilmişdi.
Şahidlərin sözlərinə görə, təyyarə səhər saatlarında müxalifət hərəkatının yerli ofisinin açılışına toplaşan insanların üzərinə bombalar atıb.
.
