![](/uploads/img/posts/2024/07/01/00a1fa74-cab0-3921-b327-5b78e5c1b21b_850jpeg-1719839049.jpeg)
COP29-un prezidenti Muxtar Babayev Efiopiyanın planlaşdırma və inkişaf naziri Fitsum Assefa ilə görüşüb.
Bu barədə COP29-un “X” sosial şəbəkəsindəki rəsmi hesabında məlumat verilib.
Bildirilib ki, COP29 sədrliyi nazir Fitsum Assefa ilə ikitərəfli müzakirələr aparıb: “İnkişafın planlaşdırılması iqlim fəaliyyətinə nail olmaq üçün həyati əhəmiyyət kəsb edəcək. Odur ki, bu, COP29 ambisiya səviyyələrini yüksəltmək və iqlim maliyyəsi vasitəsilə hərəkətə keçmək üçün tərəfləri bir araya gətirir”.
.