![](/uploads/img/posts/2024/09/06/6ba65c8c-9477-3df4-8cd8-0af52cbe7f2c_850jpg-1725628109.jpg)
Ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının Azərbaycandakı nümayəndəliyinin rəhbəri ilə Azərbaycanda keçiriləcək BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) hazırlığı müzakirə edib.
Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyindən (ETSN) məlumat verilib.
Qeyd edilib ki, görüşdə nazir BMT təmsilçisi Bik Lum ilə noyabr ayında baş tutacaq COP29-a hazırlıq tədbirləri haqqında fikir mübadiləsi aparıb.
.