Ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev Avstraliya İttifaqının Azərbaycanda yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Mayls Robert Armiteyc ilə görüşüb.

Görüşdə bu ilin noyabr ayında Azərbaycanda keçiriləcək BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) hazırlıq tədbirləri ətrafında fikir mübadiləsi aparılıb.

Eyni zamanda, görüşdə iki ölkə arasında ətraf mühitin mühafizəsi sahəsində gələcək əməkdaşlıq imkanları müzakirə edilib.

.