Nazirlər Kabineti “Dövlət ümumi təhsil müəssisələrinin direktor və direktor müavinlərinin (təhsilalanların sayına görə) və həmin müəssisələrin (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrinin) təhsilverənlərinin (sertifikatlaşdırmanın nəticəsinə görə) vəzifə maaşlarına aylıqəlavələrin təsdiq edilməsi haqqında” qərar verib.

Qərara əsasən, “Dövlət ümumi təhsil müəssisələrinin direktor və direktor müavinlərinin (təhsilalanların sayına görə) vəzifə maaşlarına aylıq əlavələr” və “Dövlət ümumi təhsil müəssisələrinin (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrinin) təhsilverənlərinin (sertifikatlaşdırmanın nəticəsinə görə) vəzifə maaşlarına aylıq əlavələr” təsdiqlənib.

Bu Qərar 2022-ci il sentyabrın 1-dən qüvvəyə minir.

Dövlət ümumi təhsil müəssisələrinin direktor və direktor müavinlərinin (təhsilalanların sayına görə) vəzifə maaşlarına aylıq əlavələr

Təhsilalanların sayı (hər il yanvarın 1-i tarixinə)

Direktorun vəzifə maaşına aylıq əlavə (manatla)

Direktor müavininin vəzifə maaşına aylıq əlavə

(manatla)

500-dən 700-dək

600

200

700-dən 900-dək

750

250

900-dən 1300-dək

900

300

1300-dən 1700-dək

1050

350

1700-dən 2100-dək

1200

400

2100-dən 2500-dək

1350

450

2500-dən çox

1500

500

 

Dövlət ümumi təhsil müəssisələrinin (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrinin) təhsilverənlərinin (sertifikatlaşdırmanın nəticəsinə görə) vəzifə maaşlarına aylıq əlavələr

Sertifikatlaşdırmanın nəticəsi üzrə

Dövlət ümumi təhsil

müəssisələrində tədris edilən dərs saatına görə (faizlə)

keçid balını toplayıb sertifikat- laşdırmanın test mərhələsində 50 baldan yuxarı bal toplamış

təhsilverənlərə

 

35

keçid balını toplamış digər təhsilverənlərə

10

.