Serbiya Rusiyaya və Ukraynaya silah satmayıb.
Bu barədə Serbiyanın müdafiə naziri Miloş Vuçeviç “Sputnikportal Serbiya”ya müsahibəsində bildirib.
Nazir onu da əlavə edib ki, Belqrad münaqişə zonasının qonşuluğunda yerləşən dövlətlərə də silah satmayacaq:
“İndiyə qədər 10 dəfədən çox bu tip yalanları ifşa etmişik, yenə də edəcəyik. Serbiya nə Ukrayna, nə də Rusiya tərəfinə, eləcə də münaqişə zonasının qonşuluğunda yerləşən dövlətlərə silah satmayıb və satmayacaq”, - Vuçeviç vurğulayıb.
.
