“Otuz ilə yaxındır davam edən Dağlıq Qarabağ münaqişəsinə son qoyulub”.

“Report”un xəbərinə görə, bunu Azərbaycan müdafiə naziri, general-polkovnik Zakir Həsənov işğaldan azad olunmuş Ağdam rayonunun ərazisində inşa edilmiş Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin açılış mərasimində deyib.

Onun sözlərinə görə, Türkiyə və Rusiya hərbi-siyasi rəhbrəliyinin səyi nəticəsində regionda sülhə nail olunub:

“Türkiyə və Rusiya arasında ötən ilin noyabrın 11-də imzalanmış Atəşkəsə Nəzarət üzrə Birgə Mərkəzin yaradılması haqqında memorandum xüsusi əhəmiyyət kəsb edir”.

Zakir Həsənov: "44 günlük müharibə Azərbaycanın tam qələbəsi və ərazi bütövlüyünün bərpası ilə başa çatıb”

“2020-ci ilin sentyabrın 27-si tarixində Azərbaycan Ordusu Ermənistan silahlı qüvvələrinin növbəti təxribatının qarşısını alaraq əks-hücum əməliyyatı həyata keçirib. Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 gün davam edən müharibə Azərbaycanın tam qələbəsi və ərazi bütövlüyünün bərpası ilə başa çatıb”.

Bunu Azərbaycanın müdafiə naziri, general-polkovnik Zakir Həsənov işğaldan azad olunmuş Ağdam rayonunun ərazisində inşa edilmiş Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin açılış mərasimində deyib.

O xatırladıb ki, Azərbaycan və Rusiya prezidentləri və Ermənistanın baş naziri arasında ötən ilin noyabrın 10-da imzalanmış üçtərəfli bəyanatla atəşkəs rejiminə nail olunub.

.