“Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası (Türk Şurası) cəbhəyə yardım göndərib”.

Bunu Türkiyənin Odalar və Borsalar Birliyinin prezidenti Mustafa Rifat deyib.

“Bu gün Türk Şurası olaraq can Azərbaycandayıq. Özbəkistan, Qırğızıstan, Türkiyədən olan nümayəndələr bu gün buradadır. Qazaxıstan isə tədbirə videokonfransla qoşuldu. Bura can Azərbaycanla həmrəyliyimizi göstərmək üçün gəldik. Türk Şurası azərbaycanlı qardaşlarımıza dəstək olaraq olsun 1 yük maşını zəruri tələbat mallarını cəbhəyə göndərib. Bu gün beş dövlət, bir millətik. Beş ölkənin prezidentlərinə buradan təşəkkür edirəm. Qarabağın tezliklə Azərbaycana qovuşacağına əminik. Zəfər bayrağını ən qısa zamanda Qarabağa sancacağıq”, - deyə M. Rifat vurğulayıb.

.