Beynəlxalq Teatr Günündə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin ölkə səhnələrində elan etdiyi “Açıq qapı” günündə Azərbaycan Dövlət Akademik Musiqili Teatrında da unudulmaz anlar yaşanıb.

Musiqili Teatrdan  bildirilib ki, səhər saatlarından başlayaraq yüzlərlə tamaşaçı yaradıcı kollektivin işi ilə yaxından tanış olmaq üçün sənət ocağına gəlib. Teatrın ayrı-ayrı sexləri, iş fəaliyyəti ilə tanışlıqdan, sevdikləri aktyorlarla ünsiyyətdən, eləcə də hazırlıq prosesində olan tamaşanın məşq prosesinə baxışdan sonra onlarda yaranan böyük maraq əvvəlcədən elan olunan “Paris Notr-Dama ithaf” tamaşasının nümayişində özünü bir daha sübut edib.

Beynəlxalq Teatr Günü arxada qalsa da sosial şəbəkələr vasitəsilə teatra ünvanlanan təbrik və minnətdarlıq dolu müraciətlər Akademik Musiqili Teatrda unudulmaz anlar yaşandığını bir daha göstərdi.

.