“Bu yaxınlarda 102-yə zəng vurub, nağara ifaçısını polisə vermişəm”.

Bu sözləri Əməkdar artist Elnarə Abdullayeva ATV telekanalında yayımlanan “Zaurla Günaydın” səhər şousunda qonaq olarkən deyib.

Musiqiçi tərəfindən sosial şəbəkədə təhqirlərə məruz qaldığını iddia edən sənətçi baş verənləri belə nəql edib:

“Məni tanımayan bir musiqiçi sosial şəbəkədə barəmdə xoşagəlməz sözlər və söyüş yazmışdı. Həmin rəyləri oxuyub, çox güldüm, öz-özümə dedim ki, sən məni harada görmüsən axı?.. Hamı bilir ki, mən heç kimin yanında qadın müğənni kimi toya getməmişəm. Hər zaman tək getmişəm. “Elnarə boşdursa, mənimlə toya gəlsin” kimi məsələlər olmayıb. Gedənlərə də pis baxmıram. Restoran ifaçısı olmamışam. Taleyimdə və həyatımda səhvlərim olmayıb. Yəni heç kim mənə deyə bilməz ki, buradan durub, başqa yerdə oturmusan. Məni el-oba yaxşı tanıyır. Həmin musiqiçi ilə heç vaxt toya getməmişəm, onu tanımıram.

İndi həmin nağara ifaçısının işini Yasamal polisi həll edəcək. Müəyyən söhbətlər var, qanunla həll olunacaq. Özüm də bu məsələni həll edərdim, sadəcə, qanunlarımız var. O insan məndən üzr istəsə də, bağışlamayacağam”.

 

.