Mayın 6-da Müsavat Partiyasının qərargahlı qarşısında rəhbərliyə qarşı etiraz aksiyasının təşkilatçıları cəzalandırılır.
Publika.az xəbər verir ki, Mərkəzi Nəzarət-Təftiş Komissiyası (MNTK) etiraz aksiyasının təşkilatçılarından olan 3 nəfər barəsində təqdimat hazırlayıb.
MNTK tərəfindən partiya üzvlərinin fəaliyyəti ilə əlaqədar hazırlanan təqdimat bu gün Divanın müzakirəsinə çıxarılacaq.
Divan üzvü Razim Əmiraslanlı sayta deyib ki, Suraxanı rayon təşkilatının sədri Rövşən Dəmirli, təşkilatın üzvləri Rahib Mirələmov və Əli Qasımlı Divana çağırılıblar.

.