“Karantin rejiminin tələblərini pozaraq toy və yas mərasimləri keçirən istənilən, xüsusən vəzifəli şəxslərin hərəkətləri qətiyyən qəbul edilə bilməz və onlar qanun qarşısında cavab verməlidirlər”.Bu sözləri "Yeni Zaman" patriyasının sədri Musa Ağayev AMEA-IN Prezidenti Ramiz Mehtiyevin karantin qaydalarını pozaraq nəvəsinə toy mərasimi keçirilməsinə münasibət bildirərkən deyib.

Partiya sədri qeyd edibki, qanun qarşısında hamı bərabərdir, ancaq müəyyən sosial təbəqə ki, onlar qanunlara daha ciddi riayət etməklə, həm də nümunə yaratmalıdırlar. Bu təbəqə cəmiyyətdə müxtəlif strukturlarda vəzifə tutan İnsanlardı.
Hazırda pandemiyaya qarşı mübarizə bizi karantin rejimi adlandırdığımız xüsusi rejimdə yaşamağa  məcbur edib və bu ictimai mənafelərimiz baxımından olduqca vacibdir. 

Belə olan halda Operativ Qərargahın qəbul etdiyi qaydalara riayət etmək hər bir vətəndaşın ümdə vəzifəsinə çevrilir. Belə zamanlarda cəmiyyətdə ictimai həssaslıq daha da artır və ictimai diqqət müvafiq sosial təbəqənin üzərinə yönəlir. Elə bu günlərdə Ramiz Mehtiyevin kürəkəni, sabiq deputat İlham Əliyevin ailəsində təşkil edilmiş toy mərasiminə və orada iştirak edən qonaqların sosial məsuliyyətinə ictimai reaksiyanın belə kəskin olması da haqlı olaraq bununla əlaqədardır. Cəmiyyətimizin bu həssas durumunda bu cür hadisələr haqlı olaraq milli qınağa səbəb olub.

Belə həssas bir dönəmdə qadağan olunmuş tədbirin keçirilməsində məqsəd nə idi?! Toy edənlər bu hadisənin ictimai rəydə necə kəskin etiraz doğuracağını hesablaya bilməmişdilərmi? 

Partiya sədri qeyd edib ki,sərt qanuni ölçülər götürülməsə, dövlət siyasətinin üstünə kölgə düşər, xalq və dövlət hakimiyyəti arasında olan bağlar zəifləyər. Xalqın dövlət hakimiyyətinə olan inamını sarsıtmaq cəhdlərinin qarşısı qəti şəkildə alınmalıdır. 

Bu gün AMEA prezidenti Ramiz Mehdiyevin kürəkəni İlham Əliyev və İlham Əliyevin qudası İnzibati Xətalar Məcəlləsinin 211.1-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) maddəsi ilə təqsirli bilinib,Məhkəmə qərarı ilə 15 sutkalıq həbs olunmasını ədalətli sayıram .

 Musa Ağayev bildirib ki, vəzifəsindən və mövqeyindən asılı olmayaraq hər kəs qanun qarşısında məsuliyyət daşıyır: “Heç kim qanunlardan üstün deyil”. 

 

.