Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (IFFHS) Qətərdə keçiriləcək 2022-ci il dünya çempionatı ərəfəsində daha bir maraqlı araşdırma paylaşıb.
IFFHS-in saytı xəbər verir ki, bu dəfə mundiallarda ən çox başla qol vuran oyunçuların adları açıqlanıb.
Siyahıya Almaniya yığmasının keçmiş qoleadoru Miroslav Kloze başçılıq edir. Polşa əsilli hücumçu iştirak etdiyi 3 mundialda 7 dəfə rəqib qapıçıları başla vurduğu qollarla məyus edib. Maraqlıdır ki, Kloze bu qollardan 5-ni DÇ-2002-də vurub. O, həmin mundialın Səudiyyə Ərəbistanı ilə matçında başla het-trik edibsə, İrlandiya və Kamerunun hərəsini bir dəfə mərkəzdən başlamağa dəvət edib. Kloze 2006-cı il dünya çempionatında Argentina, 2010-cu ildə isə Avstraliyanı eyni üsulla cəzalandırıb.
Ən çox başla qol vuran oyunçuların siyahısında ikinci pillədə Klozenin həmyerlisi Gerd Müller qərarlaşıb. O, 5 dəfə qol vurmaq üçün başından istifadə edib.
Sözügedən sıralamada 3-7-ci pillərdə hərəsi dörd dəfə başla fərqlənməklə 5 futbolçu yer alıb.
Futbolçu |
Ölkəsi |
Qollar |
Mundiallar |
|
1 |
Miroslav Kloze |
Almaniya |
7 |
2002 (5), 2006 (1), 2010 (1) |
2 |
Gerd Müller |
Almaniya |
5 |
1970 (4), 1974 (1) |
3 |
Oldrix Nejedli |
Çexoslovakiya |
4 |
1934 (3), 1938 (1) |
Sandor Kocsis |
Macarıstan |
4 |
1954 (4) |
|
Andrjey Şarmax |
Polşa |
4 |
1974 (3), 1978 (1) |
|
Tomaş Şkuravi |
Çexoslovakiya |
4 |
1990 (4) |
|
Yürgen Klinsmann |
Almaniya |
4 |
1990 (2), 1994 (1), 1998 (1) |