Bu gün səhər saatlarında Əfqanıstan paytaxtında, Müdafiə Nazirliyinin binasında partlayış baş verib. 

Aznews.az xəbər verir ki, partlayış nəticəsində 4 nəfər həlak olub, 11 nəfər də yaralanıb. Belə ki, kamikadze partlayıcı qurğunun yerləşdiyi motosikleti Əfqanıstan Müdafiə Nazirliyinin əməkdaşlarının olduğu avtomobilə çırpıb. 

Partlayışa görə məsuliyyəti Taliban terror qruplaşması öz üzərinə götürüb. 

.