Ləğv edilmiş MTN-in sabiq baş idarə və idarə rəisləri Sübahir Qurbanov, Teymur Quliyev, Natəvan Mirvətova, həmin qurumun vəzifəli şəxsləri Fizuli Əliyev, Zaur Məmmədov, Natiq Alıyev, Fərhad Atayev, Anar Şirəliyev, Eşqin Əliyev, Elşad Əzizovun barəsində olan cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
APA-nın məlumatına görə, Bakı Hərbi Məhkəməsinin sədri hakim Həbib Həsənovun sədrliyi ilə Sabunçu rayon Məhkəməsində keçirilən prosesdə prokuror təqsirləndirilən şəxslərdən Füzuli Əliyevlə bağlı ittiham aktını elan edib. İttihama münasibət bildirən F. Əliyev özünü təqsirli bilmədiyini və ittihamla razılaşmadığını deyib.
Məhkəmə prosesi martın 7-də davam edəcək.
