Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Hərbi əks-Kəşfiyyat Baş İdarəsinin sabiq rəisi, general-mayor Nizami Şirinov və qurumun tərkibində olan idarələrin rəisləri işləmiş Elcan Abdullayev və Elman Tahirov, əməliyyat müvəkkili işləmiş Nadir Nəzirovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Bakı Hərbi Məhkəməsində hakim Camal Ramazanovun sədrliyi ilə keçirilən iclasda hökm oxunub.

Hökmə əsasən, Nizami Şirinov 8 il, Elcan Abdullayev 6 il, Nadir Tahirov 4 il müddətinə azadlıqdan mərhum edilib. Elman Tahirov barəsində olan cinayətə cəlbetmə müddəti keçdiyi üçün onunla bağlı cinayət işinə xitam verilib.

Nizami Şirinovun general-mayor rütbəsinin alınması üçün təqdimat verilib

Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Hərbi əks-Kəşfiyyat Baş İdarəsinin sabiq rəisi, general-mayor Nizami Şirinovun general rütbəsinin alınması üçün Prezidentə təqdimat göndərilməsi barədə qərar qəbul edilib.

Bu Barədə Bakı Hərbi Məhkəməsinin hökmündə qeyd olunub.

Hökmə əsasən, 8 il azadlıqdan məhrum olunan Nizami Şirinov bütün orden və medallardan məhrum edilib.

Həmçinin, hökmdə o da qeyd olunub ki, Nizami Şirinovun üzərinə həbs qoyulmuş 180 min manantlıq əmlakları müsadirə olunacaq.

.