Sabunçu rayon Məhkəməsində ləğv edilmiş MTN-in sabiq baş idarə və idarə rəisləri Sübahir Qurbanov, Teymur Quliyev, Natavan Mirvətova, həmin qurumun vəzifəli şəxsləri Fizuli Əliyev, Zaur Məmmədov, Natiq Alıyev, Fərhad Atayev, Anar Şirəliyev, Eşqin Əliyev, Elşad Əzizovun barəsində olan cinayət işi üzrə məhkəmə prosesi davam etdirilir.

S. Qurbanovun vəkili İlkin Mustafanın APA-ya verdiyi məlumata görə, prosesdə Bakı Metropoliteninin sabiq rəisi Tağı Əhmədovun oğlu Ruslan Əhmədov, ləğv olunmuş MTN-in həbsdə olan əməkdaşı, nazirliyin Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin 1-ci İdarəsinin rəisi olmuş Səlim Məmmədov şahid qismində ifadə veriblər.
Qapalı keçiriləm iclasda telefon dinləmələri epizodu üzrə digər şahid və zərərçəkmişlər də ifadə veriblər.
İclas avqustun 8-də davam edəcək.
.