Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Hərbi əks-Kəşfiyyat Baş İdarəsinin sabiq rəisi, general-mayor Nizami Şirinovla birgə həbs olunmuş nazirliyin əməliyyat müvəkkili Nadir Nəzirov azadlığa buraxılıb.
Bu barədə Bakı Apellyasiya Məhkəməsində hakim İbrahim İbrahimlinin sədrliyi ilə keçirilən iclasda qərar verilib.
Qərara əsasən, Nadir Nəzirovun cəlbetmə müddəti keçdiyi üçün onunla bağlı cinayət işinə xitam verilib.
Keçmiş MTN əməkdaşı məhkəmə zalından birbaşa azadlığa buraxılıb.
Qeyd edək ki, Nadir Tahirov Bakı Hərbi Məhkəməsinin hökmü ilə 4 il müddətinə azadlıqdan məhrum edilib.
.