Tələbələrin parlament seçkilərində rahat səs verməsi üçün addımlar atmalıyıq.
Bunu Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov qurumun bu gün keçirilən iclasında deyib.
Onun sözlərinə görə, parlament seçkiləri ilə bağlı maarifləndirmə aparılmalıdır: "Bu proses xüsusilə gənclər və tələbələrlə həyata keçirilməlidir. Nəzərə almalıyıq ki, tələbələrin tətil dövrüdür. Onların rahat səs verməsi üçün müvafiq addımlar atmalıyıq".
.