Azərbaycanda siyasi partiyaların seçkilərdə fəaliyyəti əvvəlki dövrlərdən müqayisəolunmaz dərəcədə yüksəlib.

Bunu Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında MSK sədri Məzahir Pənahov deyib.

MSK sədri bildirib ki, ötən parlament seçkilərində 25 siyasi partiya iştirak etdi: “Bir partiya seçkilərdə iştirak etmədi. İştirak edən siyasi partiyalardan da bəziləri parlamentdə yer aldılar. Ötən parlament seçkiləri rahat keçdi, tərəflər ancaq siyasi mübarizə ilə məşğul oldular. Biz də Azərbaycanın demək olar ki, bütün görüşmək imkanı olan yerlərində görüş üçün şərait yaratmışdıq. Bu baxımdan bələdiyyə seçkilərində imkanlar daha geniş olmalıdır. Siyasi partiyalar çalışmalıdır ki, onların yerlərdə nümayəndələri olsun. Kifayət qədər böyük yaşayış məntəqəsini bələdiyyələr əhatə edəcək. Onlar bələdiyyə seçkilərində iştirak etsinlər ki, inkişaf etsinlər, seçkili orqanlarda təmsil olunsunlar. Siyasi partiya rəhbərlərinə xüsusi müraciət edirəm ki, seçkilərdə fəal iştirak etsinlər”.

.