1000 seçki məntəqəsində veb-kameralar seçki prosesi üçün hazır vəziyyətdədir.
Bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov bugünkü mətbuat konfransında deyib.
O qeyd edib ki, kameralar səsvermə protokolları hazırlanana qədər bütün prosesi qeydə alır.
MSK sədri bütün seçiciləri səsverməyə dəvət edib.
M.PƏnahov vurğulayıb ki, saat 19:00-da seçki məntəqələri bağlanacaq və ilkin nəticələr hazırlanacaq.
"Gün ərzində səsvermənin gedişi, seçicilərin səsvermədə iştirakı barədə ilkin məlumatların verilməsi beş dəfə olacaq. Məntəqələrdə baş verən hər hansı hadisə ilə bağlı məntəqə seçki komissiyasında dərhal qərar veriləcək".
M.Pənahov bildirib ki, nüfuzlu beynəlxalq təşkilatların müşahidəçiləri geniş tərkibdə seçkiləri müşahidə edirlər.
O xatırladıb ki, 604 nəfər beynəlxalq müşahidəçi qeydiyyatdan keçib:
"Yerli muşahidəcilər isə 112 min 749 nəfərdir".
Onun sözlərinə görə, 22 beynəlxalq media nümayəndəsi səsverməni izləmək üçün qeydiyyatdan keçib.
.