8 saylı Binəqədi Seçki Dairəsindən Müsavat Partiyasından qeydə alınmış namizəd Mustafa Hacılının müraciətinə baxılıb.
Müraciət barədə Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında MSK katibi Arifə Muxtarova məlumat barib.
O bildirib ki, müraciət Ekspert qrupunun üzvü tərəfindən araşdırılıb: “Ərizəçi müraciətinə 16 akt və 1 ədəd elektron daşıyıcı əlavə edib. Dairə seçki komissiyasından müvafiq sənədlər alınaraq təkrar araşdırma aparılıb. Müşahidəçilərin əsasən səsvermə prosesini izləyə bilməmələri, 12 saylı seçki məntəqəsindən müşahidəçisinin məntəqədən uzaqlaşdırıldığı, sonra buraxıldığı iddia edilib. Seçki günü dairə üzrə müşahidə aparan müşahidəçilərdən alınmış izahatlar və aktlar əsasında dairə seçki komissiyası belə qərara gəlib ki, müraciətdəki iddialar əsassızdır. Ərizəçi tərəfindən təqdim edilmiş elektron daşıyıcıda videogörüntülərin araşdırılması zamanı məlum olub ki, hər hansı hüquq pozuntusu özündə ehtiva etmir. Yuxarıda göstərilənlərə əsasən, dairə seçki komissiyasının düzgün hüquqi nəticəyə gəldiyi müəyyən edilib. DSK-nın qərarı dəyişdirilmədən saxlanılmalıdır”.
Təklif səsə qoyularaq qəbul edilib və DSK-nın qərarı qüvvədə saxlanılıb.
.