
ABŞ-ın dövlət katibinin dəvəti ilə Vaşinqtonda səfərdə olan Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Amerika-Türk Şurasında olub.
APA-nın "Daily Sabah”a istinadən verdiyi məlumata görə, ABŞ-la Türkiyə arasındakı iqtisadi-ticarət əlaqələri ilə yanaşı, güclü siyasi ələqələrin ehtiyac olduğunu deyən M. Çavuşoğlu erməni icmasının ABŞ-Türkiyə münasibətlərinə zərər vermək istədiyini bildirib.
Qarabağ nizamlanmasına gəldikdə isə M. Çavuşoğlu qeyd edib ki, Türkiyə münaqişənin həllinə dəstək verir.