PSJ portuqaliyalı çalışdırıcı Joze Mourinyo ilə maraqlanır.

Məlumata görə, parislilər “Roma”nın baş məşqçisini Maurisio Poçettinonu əvəzləmək variantlarından biri kimi nəzərdən keçirir.

Bildirilir ki, PSJ, vaxtilə Madrid “Real”ında Joze ilə yaxından əməkdaşlıq edən və məşqçi ilə yaxşı münasibət saxlayan yeni idman direktoru Luiş Kampuşun gəlişindaən sonra portuqaliyalı mütəxəssisə maraq göstərməyə başlayıb.

Qeyd edək ki, bu mövsüm Mourinyo “Roma”nı 1961-ci ildən bəri ilk avrokubok sahibi edib. Belə ki, italyanlar Konfrans Liqasının qalibi olublar.

.