Üç günlük fasiələdən sonra İraq ordusu Mosul əməliyyatlarına davam edib.

 

Yenizaman.az xəbər verir ki, bununla bağlı İraq ordusunun rəsmisi Reuters agentliyinə açıqlama verib.

 

Onun sözlərinə görə, 3 gün müddətində ordu azad etdiyi ərazilərdə möhkəmlənib: "Hücumlarda peşmərqə qüvvələri də iştirak edir. Ümumilikdə hücumlar 3 cəbhədən təşkil olunub. Hazırda əsas məqsəd Telkeyf rayonunu azad etməkdir".

 

Bu arada, İraq ordusunun Mosul şəhərinin şərq hissəsində yerləşən əl-Karama rayonuna daxil olduğu ilə bağlı məlumatlar yayılıb.

 

Qeyd edək ki, oktyabrın 17-də başlanan Mosul əməliyyatlarında 61 kəndin terrorçulardan təmizləndiyi bildirilib.

.