Moskvanın qərbində "Filion” ticarət mərkəzində yanğın olub.
YZ TASS-a istinadən xəbər verir ki, bu barədə yerli fövqəladə hallar xidməti məlumat yayıb.
Yanğın binanın qızdırıcı və fasad hissəsində baş verib.
Məlumata görə, hadisə 5 ballıq şkala üzrə 2-ci dərəcəli yanğın sayılır. Binadakı insanlar təxliyyə edilib.
Hadisənin səbəbi araşdırılır.
.